Ucnoqta.az
www.ucnoqta.az

Sabaha olan hava məlumatı açıqlanıb

13:01 - 24 Aprel 2018 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti aprelin 25-də ölkə ərazisində gözlənilən hava məlumatını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 15-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 25-27-də Abşeron yarımadasında yaz fəsli üçün komfort temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Müəllif: