Ucnoqta.az
www.ucnoqta.az

DİN: Axtarışda olan 45 nəfər saxlanılıb

10:19 - 5 Aprel 2018 tarixində dərc olunub.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-ı “isti izlər”lə açılıb.

Ucnoqta.az DİN-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Müəllif: