Mehriban Əliyeva Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib
21:05 - 30 Mart 2018 tarixində dərc olunub.
Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış oldu.
Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış etdilər.