Ucnoqta.az
www.ucnoqta.az

İran prezidentinin Azərbaycana səfəri başa çatıb

12:19 - 29 Mart 2018 tarixində dərc olunub.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri martın 29-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti H.Ruhanini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Müəllif: