Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın işğal olunmuş ərazilərində britaniyalılar minaya düşüb

12:01 - 29 Mart 2018 tarixində dərc olunub.

3 əməkdaş həlak olub, daha iki nəfər yaralanıb

Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın "Halo Trast" təşkilatının əməkdaşları minaya düşüb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə minalardan təmizləmə zamanı baş verib.
Hadisə nəticəsində 3 əməkdaş həlak olub, daha iki nəfər yaralanıb.
 

Qeyd olunur ki, hadisə Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda baş verib.

Müəllif: