Lerik və Astara meşələrində yanğın başlayıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, martın 24-də axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın başlayıb.
Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olması yanğınların söndürülməsinə çətinliklər yaradır.
Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.
Səhər saatlarından külək zəifləmiş, yağış yağmağa başlayıb.
Əlavə məlumat veriləcək.