Ucnoqta.az
www.ucnoqta.az

"Real" TV peyk yayımına bu tarixdə başlayacaq - <font color=red><b>MTRŞ açıqladı</b></font>

10:11 - 10 Mart 2018 tarixində dərc olunub.

“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

 

"Ucnoqta.az"-ın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlayacağı nəzərdə tutulub.

 

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

 

“Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.

Müəllif: