Ucnoqta.az
www.ucnoqta.az

2017-ci ildə 16 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb

14:17 - 6 Mart 2018 tarixində dərc olunub.

Ötən il SOS Uşaq Kəndinə 8 nəfər uşaq yerləşdirilib, 16 nəfər uşaq yerli icra hakimiyyəti orqanlarının sərəncamı ilə təlim-tərbiyə aldıqları müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

"Ucnoqta.az" "Ölkə.Az”a istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
 

Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan daha 2 nəfər uşaq övladlığa verilib. Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları ilə birlikdə övladlığa verilmiş 4 uşağın ailədəki vəziyyətinə nəzarətin təşkili və vəziyyətinin dövri monitorinqi həyata keçirilib.
 

Bundan başqa, dövlət uşaq müəssisələrinin məzunlarından 32 nəfər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənc barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. 
 

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq. 

Müəllif: