Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Köçərli sərnişin qatarının hərəkəti dayandırılır

20:44 - 12 Fevral 2018 tarixində dərc olunub.

Fevralın 15-dən Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
 

QSC-nin İdarə Heyətinin 29 yanvar 2018-ci il tarixli 1 nömrəli qərarına əsasən iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədilə Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.

Müəllif: