Ucnoqta.az
www.ucnoqta.az

Dəməşq Şərqi Qutanı bombaladı — <font color=red><b>29 ölü</b></font>

17:19 - 6 Fevral 2018 tarixində dərc olunub.

Rəsmi Dəməşq və Rusiya müxaliflərə qarşı yeni hücum dalğasına başlayıb.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, paytaxta yaxın bölgədə baş verən hücum nəticəsində ən azı 29 nəfər həlak olub.

 

Suriya rejimi və müttəfiqi Moskva rus qırıcısının İdlibdə vurulmasından sonra müxaliflərə qarşı yeni hücuma keçib. İdlib və Şərqi Quta bölgəsində dəfələrlə hava hücumu təşkil edilib. Rus və Suriya qırıcıları bu gün müxaliflərin yaşadığı Şərqi Qutaa bölgəsinə zərbələr endirib.

Dünən də Şərqi Qutaya endirilən zərbələr nəticəsində 30 nəfər dünyasını dəyişmişdi. Müxaliflərin nəzarət etdiyi İdlib vilayətində isə xlor qazı hücumu da edilib. Aralarında körpələrin də olduğu yerli sakinlər kimyəvi hücumun təsirinə məruz qalıb.

Müəllif: