Ucnoqta.az
www.ucnoqta.az

Komitə qanuna dəyişikliyi qəbul etdi

14:07 - 30 Yanvar 2018 tarixində dərc olunub.

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qanunun məqsədi ölkədə  qida təhlükəsizliyi sisteminin təkmiləşdirilməklə  bağlıdır. 
 

Belə ki, qanunun 20-ci maddəsi ləğv edilir.  27-ci maddəsi üzrə, 28-ci maddəsi və bir neçə maddələr üzrə dəyişikliklər təklif olunur.  

 
Bununla bağlı qanunun 34-cü maddəsinin 1-ci hissəsində (Azərbaycan Respublikasının Dövlət Sanitariya-Epidemioloji Xidməti aşağıdakı hüquqlara malikdir) “Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilərək, qeyd olunan obyektlər istisna olmaqla, xidmətin digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.  
 

Qanun layihəsi səsə qoyularaq plenar  iclasa tövsiyə olunub. 

Müəllif: