Ucnoqta.az
www.ucnoqta.az

Əkin sahəsindən tapdığı qumbara partladı

11:00 - 30 Yanvar 2018 tarixində dərc olunub.

Hadisə Biləcəri qəsəbəsi, Mikayılov küçəsində həyət evlərinin birində baş verib.

"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Hüseynov Həzi Nəzər oğlu həyətdə əkin işləri görərkən əli torpağın altında olan qumbaraya toxunub. 
 

Nəticədə qumbara partlayıb və H.Hüseynov xəsarət alıb. 
 

Xəstəxanaya aparılan zərərçəkənin 3 barmağı amputasiya olunub.Faktla bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb.

Müəllif: