Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasında partlayış olub

16:51 - 29 Yanvar 2018 tarixində dərc olunub.

Bakıda yaşayış binasında partlayış olub.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.
 
Dağıntılar altında qalanların olduğu ehtimalı da var.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Müəllif: