Ucnoqta.az
www.ucnoqta.az

Bakıda binada yanğın olub - 13 sakin təxliyə olunub

14:43 - 25 Yanvar 2018 tarixində dərc olunub.

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.
 

"Ucnoqta.az" Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, yanğınsöndürənlər tərəfindən 13 bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib.
 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Müəllif: