Ucnoqta.az
www.ucnoqta.az

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb- <font color=red><b>Foto</b></font>

10:16 - 23 Yanvar 2018 tarixində dərc olunub.

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb

DGK Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan  əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
 Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

  Faktla bağlı araşdırma aparılır.

  
 

Müəllif: