Ucnoqta.az
www.ucnoqta.az

Prezident Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışında - <font color=red><b>FOTO</b></font>

10:42 - 17 Yanvar 2018 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Xətai rayonunda yerləşən Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının, 220 saylı yarımstansiyasının, 110 kV-luq “Yasamal 1” yarımstansiyasının, 110 kV-luq “Qobu” yarımstansiyasının və 120 saylı yarımstansiyanın açılışında iştirak edib.
 

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
 

“Azərişıq” ASC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə inzibati bina və yarımstansiyalar haqqında məlumat verdi.


//Trend//

Müəllif: