Ucnoqta.az
www.ucnoqta.az

Qobustanda yanğın - <font color=red><b>2 uşaq ölüb</b></font>

15:08 - 4 Yanvar 2018 tarixində dərc olunub.

Qobustan rayonunda yanğın olub.
 

Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanmışdır.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunmuşdur. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri almışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.





















 

//Trend//

Müəllif: