Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə yanğın — <font color=red><b>17 nəfər təxliyyə olundu</b></font>

09:50 - 4 Yanvar 2018 tarixində dərc olunub.

 

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: