Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə 30 yaşlı gənc bıçaqlanıb

16:18 - 3 Yanvar 2018 tarixində dərc olunub.
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Rüstəmov Saleh Rafiq oğlu həmyerliləri tərəfindən bıçaqlanıb. Yaralı gənc Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Cərahiyyə şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır kimi qiymətləndirir. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Müəllif: