Ucnoqta.az
www.ucnoqta.az

Məşhur şirkət rəhbəri ailəsi ilə birlikdə təyyarə qəzasında öldü

14:17 - 1 Yanvar 2018 tarixində dərc olunub.
Böyük Britaniyanın "Compass Group" qida məhsulları tədarükü şirkətinin direktoru Riçard Kazins və ailəsinin dörd üzvü Avstraliyada təyyarə qəzası nəticəsində ölüb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir. "Dərin hüznlə təsdiq edirik ki, Riçard Kazins və ailəsinin 4 üzvü 31 dekabr 2017-ci il tarixində Avstraliyada təyyarə qəzasında həlak olub", — deyə bəyanatda qeyd olunub.
Müəllif: