Ucnoqta.az
www.ucnoqta.az

Ağstafada <font color=red><b>ŞOK QƏTL</b></font>: Gəncə sakinini öldürüb, maşınını yandırdılar

14:52 - 29 Dekabr 2017 tarixində dərc olunub.

1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb

Ağstafada dəhşətli qətl törədilib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.
S. Əliyevin qətlə yetirildiyi məlum olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.

Müəllif: