Ucnoqta.az
www.ucnoqta.az

Yol polisi arvadını bıçaqladı — <font color=red><b>Bərdədə</b></font>

10:16 - 27 Dekabr 2017 tarixində dərc olunub.

Bərdədə yol polisi əməkdaşı arvadını bıçaqlayıb.


"Ucnoqta.az" APA-ya istinadən məlumat verir ki, rayonun Əliyanlı kəndində 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Şükürov qısqanclıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Anjela Şükürovaya bıçaqla xəsarət yetirib.
 

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
 

Qeyd edək ki, S. Şükürov Dövlət Yol Polisinin inspektorudur. 

Müəllif: