Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda 14 yaşlı qız dərmandan zəhərlənərək ölüb

14:41 - 25 Dekabr 2017 tarixində dərc olunub.

Sabirabad rayonunda yeniyetmə qız zəhərlənmədən dünyasını dəyişib. 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı zəhərlənmə diaqnozu ilə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq yeniyetmə qız dünyasını dəyişib. İlkin məlumata görə, qızın dərman preparatından zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: