Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Baş Prokurorluğu azərbaycanlı idmançının işi ilə bağlı müraciətə cavab verdi

00:37 - 26 Dekabr 2017 tarixində dərc olunub.

Rusiya Federasiyasının Baş Prokurorluğu Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyevin azərbaycanlı idmançı Anar Allahverənovun işi ilə bağlı müraciətinə cavab verib.

"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən məlumat verir ki, cavabda Avropa və dünya çempionu Andrey Draçovu öldürməkdə təqsirli bilinən Anar Allahverənovla bağlı edilən müraciətlə əlaqədar Xabarovsk əyalətinin prokurorluq orqanı qarşısında məsələ qaldırıldığı qeyd olunur:

“Rusiya Ədliyyə Nazirliyinin qarşımızda qaldırdığı məsələ ilə bağlı  Rusiya Baş Prokurorluğu olaraq tərəfimizdən işin araşdırılması ilə məşğul olan Xabarovsk əyalətinin prokurorluq orqanı qarşısında məsələ qaldırılıb. Qaldırdığınız məsələ ilə əlaqədar  hadisənin hərtərəfli araşdırılaraq, qeyd etdiyiniz məsələlər də daxil olmaqla yerli prokurorluq orqanının məsələnin tam təffərrüatlarının araşdırılıb hansı qərar qəbul etdikləri ilə əlaqədar sizə məlumat verilməsi tərəfimizdən tapşırılıb”. 

Xatırladaq ki, bu il avqustun 20-də əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə rusiyalı dünya çempionu Andrey Draçov arasında münaqişə baş verib. 

Hadisə nəticəsində hər iki tərəf bir-birinə qarşı zor tətbiqi nəticəsində Andrey Draçov vəfat edib. Ancaq sırf məişət xarakterli münaqişənin, milli münaqişə olaraq təqdim etmək cəhdlər olub. Hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan təkbətək davaya millətlərarası xarakter verilib.

Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib.
Müraciətdə baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meyilləri hiss olunduğu bildirilib. 
Rusiya rəsmi qurumlarını məsələnin milli deyil, sırf məişət xarakterli münaqişə olması ilə bağlı baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, milli deyil məişət zəminli münaqişə kimi qiymət verilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub.

Müəllif: