Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, hakim Rəşad Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Azadxan Xanməmmədovun 4 il, Emin İsgəndərovun 7 il, Aris Həsənov 3 il 6 ay, Ramin Hüseynovun 3 il 6 ay, Məzahir Qurbanovun 4 il, Ramil Hüseynovun 3 il 6 ay, Təbriz Hüseynin 3 il 6 ay, Rafiq Vəliyevin 3 il 6 ay, Murad Məmmədovun 3 il 6 ay, Elvir Vəliyevin 3 il 6 ay, Azər Əliyevin 3 il 6 ay, Əvəz Ağayevin 3 il 6 ay, Savalan Məhərrəmovun 4 il, Yadigar Əliyev 3 il 6 aymüddətinə azadlıqdan məhrum edilməsini istəyib.