Ucnoqta.az
www.ucnoqta.az

Nazir İmişlidə görüş keçirdi

17:00 - 22 Dekabr 2017 tarixində dərc olunub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov İmişli Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Heydər Əsədov yeni istifadəyə verilmiş İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, o cümlədən Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılan şəraitlə tanış olub və  ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasına baxış keçirib. 
 

Sonra nazir vətəndaşların müraciətlərini dinləyib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40 nəfərin müraciətinə baxılıb. 

Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, cins mal-qaranın alınması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, yeni texnika və avadanlıqların alınması, torpaqlardan istifadə, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
 

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
 

Sonra Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar xidmət” qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsini, texnikaların dövlət qeydiyyatına alınmasını, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsini təşkil edib.

Müəllif: