Ucnoqta.az
www.ucnoqta.az

Baş prokuror bu gün 26 nəfəri qəbul edib

14:49 - 22 Dekabr 2017 tarixində dərc olunub.

Baş prokuror Zakir Qaralov dekabrın 22-də Abşeron rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.
 

Ucnoqta.az Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata istinadən bildirir ki, məsul əməkdaşların, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 26 vətəndaş qəbul edilib.
 

Onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.
 

Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Müəllif: