Ucnoqta.az
www.ucnoqta.az

Təhsil Nazirliyindən intihara cəhd edən məktəb direktoru ilə bağlı <font color=red><b>AÇIQLAMA</b></font>

13:01 - 22 Dekabr 2017 tarixində dərc olunub.

Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır.
 

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən (TN) məlumat verilib.
 

Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır.
 

TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.
 

Qeyd edək ki, Göyçay şəhərinin 9 saylı orta məktəbin qarşısında məktəb direktoru, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu qolunun şah damarını kəsərək intihara cəhd edib. Göyçay rayon Mərkəzi Xəstəxanasında təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağırdır.

Müəllif: