Ucnoqta.az
www.ucnoqta.az

Evdən 8 kiloqram narkotika tapıldı

12:26 - 22 Dekabr 2017 tarixində dərc olunub.

Ağstafa şəhərində evə baxış zamanı narkotik aşkar edilib.
 

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib. Bu zaman evdə və həyətdə ayrı-ayrı yerlərdə sellofan paketlərdə, kisədə və çantada gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb.
 

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 8 kiloqram 884 qram marixuana olması barədə rəy verilib.

H.Nağıyev götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. 

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Müəllif: