Ucnoqta.az
www.ucnoqta.az

ABŞ: "İran dünyanı regional müharibəyə çəkir"

17:15 - 20 Dekabr 2017 tarixində dərc olunub.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley yeni açıqlama verib.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, xəbər verir ki, diplomatın fikrinə əsasən, Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlər İran izini daşıyır: "İranın fəaliyyəti dünyanı regional savaşa çəkmə riskinə sahibdir".
 

BMT Təhlükəsizlik Şurasında çıxış edən ABŞ diplomatı son hücumun da İranın verdiyi silahlarla həyata keçirilən əvvəlki hücumlara bənzər izlər daşıdığını qeyd edib. Nikki deyib: "Tehran rejiminin cinayətlərini ifşa etmək üçün birlikdə çalışmalı və mesajımızı almaları üçün lazım olan hər şeyi etməliyik. Əgər bunu etməsək, İran dünyanı regional savaşa çəkəcək".
 

Haley bildirib ki, Şura İrana qarşı addımlar planlaşdırsa da, Rusiya buna razı olmayacaq.

Müəllif: