Ucnoqta.az
www.ucnoqta.az

Bakıda cinayət — <font color=red><b>Gənc oğlan bıçaqlandı</b></font>

15:24 - 16 Dekabr 2017 tarixində dərc olunub.

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
 

Ucnoqta.az "Report"-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Bəhrəmov Elmir Mehrac oğlu "Abşeron" gənclər şəhərciyi ərazisində tanışı ilə mübahisə edib.

Bu zaman oğlana 12 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: