Ucnoqta.az
www.ucnoqta.az

Qaydalara dəyişiklik edildi

10:01 - 15 Dekabr 2017 tarixində dərc olunub.

Nazirlər Kabineti “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəara görə qaydaların 2.1.3-cü, 2.1.6-cı, 2.1.8-ci və 2.1.9- cu yarımbəndlər ləğv olunub. Həmçinin, aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilib: “2.1-1. Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsinə görə ödəmə haqları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilir və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunur”. 

Müəllif: