Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yeniyetmədən ŞOK CİNAYƏT: <font color=red><b>“Səni öldürəcəm” deyib, pul aldı</b></font>

12:52 - 14 Dekabr 2017 tarixində dərc olunub.

Bakıda quldurluqla məşğul olan yeniyetmə tutulub. 

 

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 12-də saat 3:00 radələrində Nəsimi rayonunun Moskva prospektindəki kafelərin birində 3 naməlum şəxs Bakı şəhər sakini Rüfət Quliyevi öldürəcəkləri ilə hədələyib onun 1000 avro və 200 manatını alıblar.

 

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlərdən biri - paytaxt sakini olan bir yeniyetmə saxlanılıb.

 

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: