Ucnoqta.az
www.ucnoqta.az

Uçuş aparatları vergidən azad olunur

22:15 - 14 Dekabr 2017 tarixində dərc olunub.

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur.
 
Ucnoqta.az Modern.az-a istinadən bildirir ki, bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir.
 
Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni bənd-164.1.38-ci bəndi əlavə edilir.
 
Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.
 
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif: