Ucnoqta.az
www.ucnoqta.az

Aktauda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

14:26 - 12 Dekabr 2017 tarixində dərc olunub.

Aktau şəhərindəki baş konsul Elxan Zeynalov görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında danışıb

 Aktau şəhərinin RENEISSANSE-Aktau otelində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. 
Azərbaycanın Aktau şəhərindəki Konsulluğunun mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.
 Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında danışıb. 
Daha sonra,   Azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, şəhər maslixatının deputatı Şəmsəddin Hüseynov, istefada olan mayor Bəxtiyar Məsimov çıxışlarında, şair Ramiz Həsənli, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin baş müəllimi Zakir Əkbərov, azərbaycanlı tələbələr ulu öndərin həyat və fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.  
Tədbirin sonunda Heydər Əilevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. 

 

Müəllif: