Ucnoqta.az
www.ucnoqta.az

Neft Daşlarında qətl — <font color=red><b>Neftçi iş yoldaşını bıçaqladı</b></font>

13:44 - 12 Dekabr 2017 tarixində dərc olunub.

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.


Ucnoqta.az SOCAR-dan "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.
 
A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

Müəllif: