Ucnoqta.az
www.ucnoqta.az

Metroda hadisə - <font color=red><b>Ölümdən döndü...</b></font>

13:07 - 12 Dekabr 2017 tarixində dərc olunub.

Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu  barədə Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə yazıb. O qeyd edib ki,  Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb:

“Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib”.

Müəllif: