Ucnoqta.az
www.ucnoqta.az

İlhamə Quliyevanın oğlu polis nəzarətinə verilib

11:21 - 11 Dekabr 2017 tarixində dərc olunub.

Barəsində cinayət işi başlanmış mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb.

Ucnoqta.az “Report”a istinadən bildirir ki, onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.


Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

Müəllif: