Ucnoqta.az
www.ucnoqta.az

Dövlət Komitəsidən spirtli içkilərlə bağlı <font color=red><b>AÇIQLAMA</b></font>

16:33 - 8 Dekabr 2017 tarixində dərc olunub.

Dövlət Gömrük Komitəsi Azərbaycana idxal olunan spirtli içkilərlə bağlı açıqlama yayıb.
 

DGK-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, açıqlamada bəzi internet resurslarında Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı məlumatların yer aldığı bildirilir:
 "Dövlət Gömrük Komitəsi bildirir ki, yayılan bu cür informasiyalar əsassızdır və həqiqətəuyğun deyil. Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.


Onu da qeyd edək ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə rəsmi məktubla müraciət edib və sorğuya cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 2017-ci il ərzində idxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb".

Müəllif: