Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib - <font color=red><b>FOTO</b></font>

16:47 - 7 Dekabr 2017 tarixində dərc olunub.

Bərdə rayonunda fərdi yaşayış evində yanğın olub.

Ucnoqta.az "Report"un Qarabağ bürosuna istinadən bildirir ki, hadisə Qaraəhmədli kəndi ərazsində baş verib.
Belə ki, həmin kəndin sakini Niyazi Məmmədova məxsus evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları cəlb edilib. Birmərtəbəli 4 otaqlı evin iki otağı əşyaları ilə birlikdə yanıb. Yanğınını digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Yanğınının səbəbləri araşdırılır
 

Müəllif: