Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 47 yaşlı kişi intihar edib

18:10 - 7 Dekabr 2017 tarixində dərc olunub.

Sumqayıtda intihar hadisəsi baş verib.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, şəhərin Yaşıl Dərə bağlar massivində yaşayan 1970-ci il təvəllüdlü Arif Mustafa oğlu Hüseynov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

Müəllif: