Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda <font color=red><b>PARTLAYIŞ</b></font> - Yaralılar var

14:34 - 6 Dekabr 2017 tarixində dərc olunub.

Göyçay rayonunda fərdi yaşayış evində partlayış hadisəsi olub.

Ucnoqta.az Trend-in məlumatına istinadən bildirir ki, hadisə rayonun Potu kəndində baş verib.

Rayonun Əli Kərim küçəsi ünvanında qeydiyyatda olan və Potu kəndində məskunlaşmış 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğluna məxsus evdə qaz sızmasından qəfil partlayış olub.

Hadisə nəticəsində ev sahibi və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Zərbəliyeva Yeganə Akif qızı yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində Y.Zərbəliyevanın bədənin 60 faizdən artıq hissəsinin yandığı bildirilir. Qadın Respublika Yanıq Mərkəzinə köçürülüb.

Müəllif: