Ucnoqta.az
www.ucnoqta.az

Prezident iki nazir vəzifəsindən azad etdi- <font color=red><b>SƏRƏNCAM</b></font>

16:45 - 5 Dekabr 2017 tarixində dərc olunub.

Prezident İlham Əliyev Fazil Məmmədov və Mikayıl Cabbarovun vəzifəsindən azad edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.Ç.Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin".

Müəllif: