Ucnoqta.az
www.ucnoqta.az

Prokuror 7 il iş istədi

11:53 - 5 Dekabr 2017 tarixində dərc olunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucovun  barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ə. Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib: O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Onun barəsində üçün Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Orucov ittihamları qəbul etmir və təqsirsiz olduğunu bildirir.

Müəllif: