Ucnoqta.az
www.ucnoqta.az

Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı məlum olub

10:53 - 4 Dekabr 2017 tarixində dərc olunub.

Azərbaycan Milli Məclisinin (MM) 2017-ci ildə və payız sessiyasında keçiriləcək sonuncu plenar iclasının tarixi açıqlanıb.

Ucnoqta.az “Report”a istinadən bildirir ki, MM-in sonuncu plenar iclası dekabrın 29-da olacaq.

Bu tarixə qədər parlamentin daha iki plenar iclası keçiriləcək. Həmin iclaslar dekabrın 15-də və 22-də olacaq.
Qeyd edək ki, MM-in sonuncu plenar iclası dekabrın 1-də keçirilib.

Müəllif: