Ucnoqta.az
www.ucnoqta.az

Qaçırdığı avtomobilə siqaret düşdü – <font color=red><b>MAŞIN YANDI</b></font>

22:05 - 2 Dekabr 2017 tarixində dərc olunub.

Siyəzən rayonunda avtomobil qaçırılıb. 

 

Ucnoqta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 1-də saat 17 radələrində Siyəzən rayonunun Zarat kəndində kənd sakini Elxan Qurbanov həmkəndlisi Seymur İmanquliyevə məxsus “VAZ-21011” markalı avtomobili qaçırıb və idarə edərkən çəkdiyi siqaretin közü salon hissəsinə düşdüyündən avtomobili yandırıb.

 

E.Qurbanov Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: