Ucnoqta.az
www.ucnoqta.az

Heyvanlarla vəhşicəsinə davrananlar ciddi cəzalandırılacaq

12:44 - 28 Noyabr 2017 tarixində dərc olunub.

Heyvanlarla vəhşicəsinə davranan insanlar haqqında çox ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bununla bağlı yalnız İnzibati Xətalar Məcəlləsinə deyil, həm də Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək: “Heyvanları məhv etmək, onlara pis münasibət göstərmək olmaz. Heyvanları qorumaq hər kəsin borcudur. Nəinki vəhşi heyvanlar, ev heyvanları haqqında da qanunvericliyə dəyişikliklər ediləcək”.

Müəllif: