Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Xəbərdarlıq</b></font>: Yağış, qar yağacaq, yollar buz bağlayacaq

12:45 - 23 Noyabr 2017 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.

Ucnoqta.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi  əsəcək, arabir güclənəcək. 

Azərbaycanın rayonlarında noyabrın 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. 

Müəllif: