Ucnoqta.az
www.ucnoqta.az

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

11:55 - 22 Noyabr 2017 tarixində dərc olunub.

Ümumilikdə, son 10 ildə tədqiqat və elmi tədqiqatla məşğul olanların sayı 20 faiz artıb.


Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən 5000 manat mükafat verilir. Ucnoqta.az Trend-ə  istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Dilqəm Tağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda 140 elmi müəssisə var: "Onların yalnız 40-ı, başqa sözlə, 30 faizi AMEA-nın tabeliyindədir. Elmi məhsuldarlığa baxdıqda, Tomson Reyters bazasına daxil olan elmi nəşrlərdə çap olunan məqalələrin 55 faizi AMEA-nın payına düşür".

D.Tağıyev deyib ki, dünyada tədqiqat və elmi tədqiqatla 7,8 milyon nəfər məşğul olur: Ümumilikdə, son 10 ildə tədqiqat və elmi tədqiqatla məşğul olanların sayı 20 faiz artıb.

Müəllif: