Ucnoqta.az
www.ucnoqta.az

Sərhədçilər dənizdə batan iki balıqçını xilas etdilər

11:33 - 20 Noyabr 2017 tarixində dərc olunub.

Noyabrın 17-də DSX Sahil Mü­hafizəsinin “Piral­lahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları tə­rə­­findən xidməti əra­ziyə baxış keçirilərkən “PR-1960” bort nöm­rəli balıqçı qayı­ğı­nın yanalma körpüsündə olmaması aşkar edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qa­yıq­da dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalın­maz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çi­lov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyən olunub.
Axtarış-xilasetmə tədbirləri nəticəsində icazəsiz olaraq dəni­zə çı­xmış balıqçılar - Pirallahı rayon sakin­lə­ri Qurbanov Arif Umud oğlu və Mə­likov Ramiz Tofikoviç suda olan dirəyin üzə­ri­ndə aşkar olunub və 18 noyabr 2017-ci ildə saat 13:20 radələrində xilas edilərək sahilə təxliyyə olun­ub.
DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən də­nizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nöm­rəli balıq­çı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.
    
 
 

Müəllif: